Xalq artisti Naibə Allahverdiyevanın adından dələduzluq edilib.
Bu barədə Qaynarinfo-ya aktrisanın özü məlumat verib.
O bildirib ki, artıq ikinci dəfədir adından saxta mesajlar göndərilərək tanışlarından pul istənilir:
"Bu, artıq ikinci dəfədir ki, adımdan dələduzluq edilir. Hadisə dünən baş verib. Bir-birinin ardınca iki nəfərə mənim adımdan yazaraq bank kartı məlumatlarını istəyiblər. Həmin şəxslərdən biri müğənni Mədinə, digəri isə aktrisa Nəsibə olub. Hər ikisinə səs yazım göndərilib. Səsimi süni intellekt vasitəsilə saxtalaşdıraraq onlara göndəriblər. Onlar da mənə zəng edib soruşdular ki, pulu hansı karta köçürsünlər. Təəccüblə soruşdum ki, hansı pul, hansı kart? Dedilər ki, sənin adından bizə belə bir mesaj gəlib. Mesajda tanınmış elektronika mağazaları şəbəkələrindən birinin 22 illiyi münasibətilə guya mənim dost siyahımda olan şəxslərə pul hədiyyə edildiyi yazılıb. Bildirilib ki, məbləğ 500 min manatdır və guya bu məqsədlə kart məlumatlarını istəmişəm".
Naibə Allahverdiyeva sosial şəbəkə hesabında da vətəndaşlara müraciət edərək belə hallara aldanmamağa çağırıb:
"Aldanmayın, bu mən deyiləm".
Bahar Rüstəmli
Şərhlər