Xəbər lenti

Ölkə 18:29 30.12.2023

Azərbaycanda cinayətlər niyə artır? (SƏBƏB)

"Ölkədə cinayətkarlığı doğuran səbəblər müxtəlifdir. İnsanların həyat şəraiti, düşüncəsi, peşəsi ilə bağlı ən müxtəlif motivlər ola bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycan məhkəmələrinin çıxadığı hökmlərin sayından danışarkən deyib.
 
Ekspert bildirib ki, maliyyə, vergi pozuntuları və digər iqtisadi xarakterli cinayətlər daha çox müşahidə edilir:

"İnsanlar dolanışıq üçün müəyyən çətinliklərlə üz-üzə gələndə cinayətə əl atıb vəziyyətdən çıxmağa üstünlük verirlər. Amma ölkədə qətl, dələduzluq, xuliqanlıq kimi hadisələr də çoxalıb. Bu da son dövrlərdə insanlar arasında psixoloji gərginliklə bağlıdır. Psixoloji gərginliyin özü də həyat şəraiti ilə bağlı olan bir məsələdir. Hansı cinayətlərin neçə faiz təşkil etdiyini açıqlanmayıb, odur ki konkret fikir söyləmək də çətindir”. 
 


Qulamhüseyn Əlibəyli bəraətverici hökmlərin azlıq təşkil etməsinin səbəbini hakimlərlə əlaqələndirib: 

"Təəssüf doğuran bir məsələdir. Həmin cinayətlərlə bağlı işlər Avropa Məhkəmələrinə gedəndə orada Azərbaycan məhkəmələrinin çıxardığı qərarların əksəriyyəti ədalətsiz hesab olunur. Çünki Azərbaycan məhkəmələri daha çox ittihamedici mövqe tuturlar, onlar bəraət hökmü çıxartmaqdan çəkinirlər. Hakimlər daha çox ittihamedici aktları təsdiqləməyə çalışırlar”. 

Qeyd edək ki, 2023-ci ildə Azərbaycanda 14530 ittihamedici, 120 bəraətverici hökm çıxarılıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->