Xəbər lenti

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr (SİYAHI)
Texnologiya 21:50 04.08.2026

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr (SİYAHI)

Azərbaycan istifadəçilərinin sosial şəbəkələrdə fəallığına dair yeni statistika açıqlanıb.

"Global Stats” Statistika Mərkəzinin hesabatına əsasən, 2026-cı ilin iyul ayında ölkə üzrə sosial media platformalarının istifadə paylarında dəyişikliklər qeydə alınıb.

Məlumata əsasən, Azərbaycanda ən yüksək bazar payına "YouTube” sosial şəbəkəsi sahib olub. Platformanın istifadə payı aylıq müqayisədə 36,49 faiz bəndi azalaraq 36,58 faiz təşkil edib.

İkinci sırada "Facebook” qərarlaşıb. Onun Azərbaycanda bazar payı iyul ayında 21,02 faiz bəndi artaraq 28,45 faizə bərabər olub.

Üçüncü yerdə "Instagram” yer alır. Platformanın payı 12,29 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 5,37 faiz bəndi artım qeydə alınıb.

Dördüncü pillədə "LinkedIn” qərarlaşıb. Onun bazar payı 6,92 faiz təşkil edib və aylıq müqayisədə 1,76 faiz bəndi artım göstərib.

Beşinci sırada "X” sosial şəbəkəsi (keçmiş "Twitter”) yer alıb. Onun payı 7,97 faiz olub və ay ərzində 2,47 faiz bəndi azalma qeydə alınıb.

Altıncı yerdə "Pinterest” sosial şəbəkəsi qərarlaşıb. Bu sosial şəbəkə platformasının payı 5,86 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 3,33 faiz bəndi artım göstərib.

Yeddinci sırada "Reddit” yer alıb. Platformanın payı 3,39 faiz olub və cüzi artım (1,65 faiz bəndi) qeydə alınıb.

Qlobal miqyasda isə iyul ayında ən çox bazar payına malik sosial şəbəkə "Facebook” olub. Belə ki, platformanın istifadə payı aylıq müqayisədə 2,03 faiz bəndi azalaraq 73,21 faiz təşkil edib.

İkinci sırada "YouTube” qərarlaşıb. Onun qlobal miqyasda bazar payı iyul ayında 1,66 faiz bəndi artaraq 9,46 faizə bərabər olub.

Üçüncü yerdə "Instagram” yer alıb. Platformanın payı 7,13 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 0,42 faiz bəndi artım qeydə alınıb.

Dördüncü pillədə "X” qərarlaşıb. Onun bazar payı 5,25 faiz təşkil edib və aylıq müqayisədə 0,02 faiz bəndi artım göstərib.

Beşinci sırada "Pinterest” sosial şəbəkəsi yer alır. Onun payı 2,62 faiz olub və ay ərzində 0,18 faiz bəndi azalma qeydə alınıb.

Altıncı yerdə "Reddit” sosial şəbəkəsi qərarlaşıb. Bu sosial şəbəkə platformasının payı 1,6 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 0,14 faiz bəndi artım göstərib.

Yeddinci sırada "LinkedIn” yer alıb. Platformanın payı 0,46 faiz olub və cüzi azalma (0,01 faiz bəndi) qeydə alınıb.//Trend.az

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->