"Real Madrid"in yarımmüdafiəçisi Vinisius Junior yeni müqavilənin maliyyə şərtləri ilə bağlı klub rəhbərliyi ilə razılıq əldə edə bilmir.
Qaynarinfo "ESPN Brazil" nəşrinə istinadən xəbər verir ki, 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra klub nümayəndələri futbolçunun agenti ilə görüşərək mövsümə görə 22 milyon avro maaş nəzərdə tutan yeni müqavilə təklif ediblər.
Lakin futbolçunun tərəfi bu təklifi qəbul etməyib. Bildirilir ki, Vinisius Junior mövsümə görə 30 milyon avro məvacib almaq istəyir. Beləliklə, tərəflər arasında illik 8 milyon avroluq fikir ayrılığı qalır.
26 yaşlı braziliyalı futbolçunun "Real Madrid"lə mövcud müqaviləsi 2027-ci ilin iyun ayınadək qüvvədədir. "Transfermarkt" portalı onun bazar dəyərini 140 milyon avro qiymətləndirir.
Vinisius Junior 2018-ci ildən "Real Madrid"in formasını geyinir. O, Madrid klubunun heyətində keçirdiyi 375 oyunda 128 qol vurub və 100 məhsuldar ötürmə edib.
Aydın
Şərhlər