Xəbər lenti

Süni intellekt bumu mərkəzi bankların faiz qərarlarında səhv riskini artırır
Dünya 18:02 28.07.2026

Süni intellekt bumu mərkəzi bankların faiz qərarlarında səhv riskini artırır

Süni intellekt (Al) sahəsindəki sürətli inkişaf mərkəzi bankların pul-kredit siyasəti həyata keçirərkən əsaslandığı iqtisadi siqnalları qeyri-müəyyənləşdirir. Bu isə əsas faiz dərəcələrinin dəyişdirilməsi zamanı səhv qərarların qəbul edilməsi riskini artırır. 

Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hesablaşmalar Bankının (BIS) iqtisadçıları xəbərdarlıq edib. 

Ekspertlərin sözlərinə görə, süni intellektin investisiyalara, ticarətə və qiymətlərə təsiri həm inflyasiya təzyiqini gücləndirə, həm də məhsuldarlığın artması hesabına inflyasiyanı azaldan təsir göstərə bilər. İqtisadçılar qeyd ediblər ki, bu qeyri-müəyyənlik əsas faiz dərəcələrinin düzgün müəyyən edilməməsi təhlükəsi yaradır.

Bundan əvvəl Rusiya Bankının rəhbəri Elvira Nabiullina makroiqtisadi təhlil, proqnozlaşdırma və əsas faiz dərəcəsi ilə bağlı qərarların qəbulunda süni intellekt imkanlarının məhdud olduğunu bildirib. O qeyd edib ki, süni intellekt köhnə məlumatlar əsasında öyrənir və buna görə də struktur dəyişiklikləri dövründə onun imkanları sonsuz deyil.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->