Xəbər lenti

Dəfn müavinəti ilə bağlı rəsmi açıqlama
Ölkə 21:00 04.08.2026

Dəfn müavinəti ilə bağlı rəsmi açıqlama

Cari ilin may ayının 1-dən etibarən 11 030 nəfərə dəfn üçün birdəfəlik müavinət təyin edilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, 2026-cı il mayın 1-dən dəfn üçün birdəfəlik müavinətin proaktiv qaydada təyin edilməsinə başlanılıb və həmin tarixdən etibarən ümumilikdə 11 030 şəxsə bu müavinət təyin olunub.

Fonddan verilən məlumatda qeyd edilib ki, hazırda dəfn üçün birdəfəlik müavinətin təyinatı tam elektronlaşdırılmış qaydada həyata keçirilir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->