ABŞ son aylarda Kubada kəşfiyyat qüvvələri və vasitələrinin sayını artırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət adaya əlavə casusların və digər kəşfiyyat əməkdaşlarının göndərilməsindən, həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) fəaliyyətinin genişləndirilməsindən gedir.
"Politico" qeyd edir ki, MKİ-nin kəşfiyyat şəbəkəsi əsasən iki kateqoriyadan ibarətdir. Bunlardan biri yerli əhali arasından cəlb olunan agentlər, digəri isə yeni agentlərin əməkdaşlığa cəlb edilməsi ilə məşğul olan zabitlərdir.
Nəşrin yazdığına görə, bu addımlar Vaşinqtonun Kuba ilə bağlı müəyyən planlar hazırladığına işarə edə bilər. Jurnalistlərin ehtimalına görə, söhbət həm mümkün hərbi əməliyyatdan, həm də yerli əhalinin hakimiyyətə qarşı yönləndirilməsi cəhdlərindən gedə bilər.
Mənbələrdən biri bildirib ki, ABŞ İranla bağlı münaqişə başa çatmamış belə Kubaya diqqəti artıra bilər. Onun sözlərinə görə, Kuba məsələsi ABŞ dövlət katibi Marko Rubionun prioritet istiqamətlərindən biridir.
Marko Rubio daha əvvəl bəyan edib ki, ABŞ Kubanın inkişafında maraqlıdır, çünki bu ölkə ABŞ-a coğrafi baxımdan çox yaxındır. Bununla yanaşı, o qeyd edib ki, Kubada qərar qəbul edən şəxslərin ölkənin gələcəyi naminə müsbət dəyişikliklər etməsi çətin olacaq, çünki onların nə etdiklərini bilmədiklərini düşünür.
Aydın
Şərhlər