Xəbər lenti

Cənubi Koreyada dronlar isti havada fermerləri tarlalardan qovur
Dünya 18:57 04.08.2026

Cənubi Koreyada dronlar isti havada fermerləri tarlalardan qovur

Cənubi Koreyada anomal istilərlə mübarizə məqsədilə süni intellektlə təchiz olunmuş dronlardan istifadə olunmağa başlanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Nate" portalı məlumat yayıb.

Məlumata görə, Cənubi Çxunçxon əyalətinin Asan şəhər rəhbərliyi videomüşahidə və görüntü analizi kameraları, eləcə də səsucaldanlarla təchiz edilmiş pilotsuz uçuş aparatlarını istifadəyə verib.

Dron güclü isti şəraitdə tarlada işləyən şəxsi aşkar etdikdə, səsucaldan vasitəsilə ona işi dayandırmaq və kölgəyə və ya ən yaxın sığınacağa getmək tövsiyə olunur.

Məlumatda bildirilir ki, zərurət yarandıqda hadisə yerində olan əməkdaşlara da xəbər verilir və onlar həmin şəxsin yaxınlıqdakı istidən qorunma məntəqəsinə aparılmasını təmin edirlər.

Cənubi Koreyada anomal istilər rekord həddə çatıb. Avqustun 3-də Yansan şəhərində havanın temperaturu +42,5 dərəcəyə yüksəlib ki, bu da 1904-cü ildən bəri aparılan meteoroloji müşahidələr tarixində ən yüksək göstəricidir.

Hakimiyyət orqanları ölkənin 20-dən çox yaşayış məntəqəsində fövqəladə xəbərdarlıq elan edib. Avqustun 4-də Seulda temperatur +36,8 dərəcə, Kvancuda isə +38 dərəcəni ötüb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->