Ölkə 19:18 20.03.2023

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırıldı

"Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir".

Qaynarinfo xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında yazıb.

"Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən minnətdarıq", - Kanevski qeyd edib.