Tamaşaçılara özünü "Fəlakət” obrazı ilə tanıtmış aktyor Elşən Orucov "Ben bu cihana sığmazam" serialında rol alıb.
Bu barədə Lent.az-a aktyorun yaxınları məlumat verib.
Bildirilib ki, o serialda Ozan Akbabanın canlandırdığı Qardaşov obrazının qardaşı rolunu canlandıracaq. Sssenariyə əsasən Elşən Rumıniyada gizli mərkəzdə saxlanılan Rəşad rolunu ifa edəcək.
Elşən Orucovun iştirak etdiyi bölüm sabah efirə çıxacaq. Elşənin bu serialda bir neçə bölüm oynaması gözlənilir. Hər şey reytinqlərdən asılı olacaq.
Şərhlər