Mobil operator işğaldan azad olunmuş ərazilərimizdə baza stansiyalarını quraşdırmağa davam edir
Ordumuzun ardınca bütün cəbhə boyu irəliləyərək, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran "Azercell Telekom” MMC Ağdərə və Xocalıda baza stansiyalarını işə saldı. "Azercell" komandası qürur hissi ilə bildirir ki, indi Ağdərə və Xocalıda da "Azercell" şəbəkəsi fəaliyyət göstərir.
Xatırladaq ki, "Azercell"in bu ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir. Məlumat üçün bildirək ki, hazırda Qarabağda "Azercell"in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.
"Azercell"in əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərdə ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.
Şərhlər