Xəbər lenti

Ekonomiks 13:01 06.08.2022

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

Növbəti həftə (08-12.08.2022 tarixləri) daha 1 şəhər və 4 rayonda "Azəriqaz" İB-nin  "Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 14:00-da Füzuli rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü  saat 14:00-da Beyləqan rayonunda (Gənclər Mərkəzinin yanı), 3-cü günü saat 11:00-da Bərdə rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü  saat 14:00-da Mingəçevir şəhərində (Gənclər Mərkəzinin yanı), 5-ci günü saat 14:00-da isə Zərdab rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->