Növbəti həftə (03.07.2023 və 05-07.07.2023 tarixləri) saat 11:00-dan 12:00-dək daha 1 şəhər və 3 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin 1-ci günü Şirvan şəhərində (Kənd evləri massivi, 5 saylı ümumi orta məktəbin qarşısı), 3-cü günü Sabirabad rayonunda (V. Quliyev adına Bulaqlı məktəbinin qarşısı), 4-cü günü Saatlı rayonunda (Varxan kənd bələdiyyəsinin qarşısı), 5-ci günü isə İmişli rayonunda (Cəfərli kəndi, Şəhid bulağının qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Şərhlər