Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində Nurəddin Həsənov və Xuraman Hüseynovaya məxsus fərdi yaşayış evlərində qaz sayğaclarına qanunsuz müdaxilə faktı aşkarlanıb.
Qaynarinfo bu barədə "Azəriqaz"a istinadən xəbər verir.
Kənar müdaxiləyə məruz qalan hər 2 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirilib və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər