Prezident İlham Əliyevin tapşırıqlarına əsasən yerlərdə sahibkarların rahat fəaliyyəti üçün "Azərişıq” ASC hər zaman bu sahəyə xüsusi diqqət yetirir. Bununla bağlı mütamadi olaraq yerlərdə fermerlərin və sahibkarların fikirləri, təklif və tövsiyyələri dinlənilir.
Belə görüşlərdən biri də Zaqatala rayonunda Heydər Əliyev Mərkəzində təşkil olunub. Əllidən çox sahibkar və fermerin iştirakı ilə keçirilən görüşdə "Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müvini, həmçinin Şimal-Qərb RETSİ-nin rəhbəri, eləcə də qurumun mətbuat və ictimayyətlə əlaqələr idarəsinin rəisi iştirak edib.
Görüş əsnasında bildirilib ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ucqar rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə Yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qrurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də işğaldan azad olunan ərazilərimizdə tam gücü ilə aparılır.
Həmçinin qurumun elektron xidmətləri barədə də sahibkarlarla marifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırdıqları bəzi problemlər yerindəcə həll olunub.
Qeyd edək ki, "Azərişıq” ASC nümayəndələri sahibkarlarla görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.
Şərhlər