Xəbər lenti

Ölkə 15:54 07.02.2025

"Azərişıq" Qarabağ və Şərqi Zəngəzurda son 5 ildə görülən işləri açıqladı

"Azərişıq” ASC son beş il ərzində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri həyata keçirib və bu proses hazırda da davam edir.

Qaynarinfo xəbər verir ki, bunu Zəngilanda keçirilən mətbuat konfransında "Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

Qrum rəsmisinin sözlərinə görə, doğma sakinlərinə qovuşan rayon və kəndlərin məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlar quraşdırılır, elektrik xətləri çəkilir və yeni güc mərkəzləri yaradılır.

Araz Məmmədzadə əlavə edib ki, Ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0,4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq bir yarımstansiya, həmçinin Hadrut qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda isə Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.

"2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə iki böyük güc mərkəzinin rəsmi açılışı baş tutub: "Sentyabrın 2-də Kəlbəcərdə 110/35 kV-luq İstisu yarımstansiyası işə salınıb, oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi açılıb. Bundan başqa, Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazırdır. Hər üç güc mərkəzi müasir SCADA sistemi ilə təchiz edilib"- A.Məmmədzadə deyib.

O, vurğulayıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin inşası aparılır. Belə ki, Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilir, 110/35/10 kV-luq Minkənd yarımstansiyasının inşası davam edir, Ağbulaq-SES və Minkənd yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi başa çatmaq üzrədir, Xocalıda Xocalı yarımstansiyası və İdarəetmə Mərkəzi, Əsgəran, Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir, Xocavənddə Zoğalbulaq yarımstansiyasının tikintisi və Hadrut Qovşaq yarımstansiyası ilə Zoğalbulaq yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi həyata keçirilir, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatı üçün müasir transformator yarımstansiyaları inşa edilir, Qubadlıda Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri aparılır. Bundan başqa Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədlivə, Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttlərinin çəkilişi davam edir.

Günay

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->