Prezident İlham Əliyev "Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 6 oktyabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Qərara əsasən, Şuraya sədrlik edən deputat Əli Əhmədovu baş nazirin müavini Samir Şərifov əvəz edib.
Bundan başqa, elə həmin fərmana görə, 1995-ci il yanvarın 10-da təsdiqlənmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun olaraq qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi üçün yaradılmış Komissiyasının sədri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri vəzifələri də Əli Əhmədovdan Samir Şərifova ötürülüb.
Şərhlər