Xəbər lenti

Rusiyada əhalinin əksəriyyəti Ukraynaya qarşı müharibəni dəstəkləyir - Sorğu
Dünya 15:36 07.02.2025

Rusiyada əhalinin əksəriyyəti Ukraynaya qarşı müharibəni dəstəkləyir - Sorğu

Artan iqtisadi çətinliklərə və hərbi uğursuzluqlara baxmayaraq, Rusiya dövlətinin keçirdiyi sorğu əhalinin əksəriyyətinin Ukraynaya qarşı müharibəni dəstəklədiyini göstərir. Lakin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bu nəticələri şübhəli hesab edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə ISW-nin materialında deyilir.

Müharibənin Öyrənilməsi İnstitutunun hesabatına görə, Kremlə tabe olan Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin sorğusuna əsasən, respondentlərin 67%-i Ukraynaya qarşı müharibəni dəstəkləyir, 65%-i isə döyüşlərin Rusiya üçün "uğurla getdiyini” düşünür.

Mərkəzin siyasi araşdırmalar üzrə direktoru Mixail Mamonov qeyd edib ki, ictimaiyyət münaqişənin tez bir zamanda başa çatmasını istəyir və buna töhfə verəcək addımları dəstəkləyir. Bununla yanaşı, o, Rusiya qoşunlarının Ukrayna ərazisindəki ləng irəliləyişinə, Ukrayna qüvvələrinin Kursk vilayətinə hücumlarına və iqtisadi çətinliklərə görə cəmiyyətdə narazılığın mövcud olduğunu etiraf edib:

"Lakin mərkəzin nəticələri böyük ehtimalla Kremlin baxışlarını və narrativlərini əks etdirir və əhalinin müharibəyə real dəstək səviyyəsini şişirdə bilər. Bu nəticələr artan itkilər, Rusiya komandanlığında olan fikir ayrılıqları və müharibənin Rusiya iqtisadiyyatına ağır təsiri fonunda açıqlanıb”.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->