Avstraliyada siyasətçi rəsmi olaraq adını ABŞ-ın keçmiş prezidenti Donald Trampın şərəfinə dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Qərbi Avstraliya parlamentinin yuxarı palatasının müstəqil deputatı Ben Dokinz adını rəsmən Ostin Tramp olaraq dəyişib. O bildirib ki, bu addımı ölkənin hakim sol-mərkəzçi Leyboristlər Partiyasına etiraz olaraq atıb. Hazırda onun rəsmi veb-saytında "Avstraliyalı Tramp" kimi qeyd olunub.
"Mən Qərbi Avstraliyada leyborist hökumətin tiraniyasına və sistemli korrupsiyasına qarşı siyasi etiraz hərəkatına başladım", deyə Ostin Tramp bildirib.
Siyasətçi ad dəyişikliyini təsdiqləyən rəsmi sənədin fotosunu da paylaşıb. O, həmçinin jurnalistlərə müraciət edərək "Donaldla əlaqə saxlayın, sadəcə ofisə zəng edin" sözlərini deyib.
Aydın
Şərhlər