Gəncə Şəhər Birləşmiş Xəstəxanası "Embawood” şirkətindən bərk invertalar alacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət bununla bağlı keçirilən tenderin qalibi seçilib.
Xəstəxana alacağı mallara görə "Embawood”a 119 240,18 manat ödəyəcək.
Tenderin şərtlərindən məlum olur ki, şirkətdən tapçan, kitab rəfi, kreslo, həkim masası, anketlər üçün rəf və bu kimi invertarlar alınacaq.
"Embawood” şirkəti 1996-cı ildən fəaliyyət göstərsə də, 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3250 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Elşad İnşallah oğludur.
"Embawood"da əsas pay sahiblərindən biri olan Elşad Abbasov bir müddət şirkətin baş direktoru vəzifəsində çalışıb. O, 2016-c ildə bu vəzifədən istefa verib və şirkətin Müşahidə Şurasının sədri təyin edilib.
"Embawood" şirkətində əsas pay sahiblərindən biri də deputat Məşhur Məmmədovdur. Deputat haqqında bioqrafik məlumatlarda onun "Embawood" şirkətinin təsisçisi olduğu qeyd edilib.
Məşhur Məmmədovla Elşad Abbasov həm də "Emba Finans" QSC-nin əsas səhmdarlarıdır.
Məşhur Məmmədov 2020-ci ildən deputatdır. O, parlamentdə 74 saylı Masallı şəhər seçki dairəsini təmsil edir.
Seyid
Şərhlər