Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.
Yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
TƏBİB-dən Qaynarinfo-ya bildirilib ki, aeroport ərazisindəki anqarda baş vermiş hadisə ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
Əraziyə tibbi briqada cəlb olunub. Ətraflı məlumat veriləcək.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər