Xəbər lenti

Bakı metrosunun iş rejimi iki saat uzadılır
Ekonomiks 15:51 17.09.2025

Bakı metrosunun iş rejimi iki saat uzadılır

Bakı metrosu "Formula 1" günlərində sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.

Qaynarinfo bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.  

Bildirilir ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.    

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->