Ölkə 23:06 25.01.2023

Bakıda məktəb müəllimi vəfat etdi

Bakıda məktəb müəllimi vəfat edib.

Qaynarinfo "qafqazinfo"ya istinadən xəbər verir ki, 284 saylı tam orta məktəbin müəllimi Ağayeva İndira Aydəmir qızı bu gün dünyasını dəyişib.

1971-ci il təvəllüdlü müəllimin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ağayeva İndira sözügedən təhsil ocağında Kimya fənnini tədris edirdi.