Bakıda sürücülərə problem yaradan yol: “Ərazidəki yol nişanı düzgün deyil” (VİDEO)
Bakıda ikizolaqlı yolun bir zolağı daha çox istifadə olunduğundan sürücülərə problem yaradır.
Xezerxeber.az-ın məlumatına görə, söhbət konkret olaraq kənar dairəvi yoldan gedir.
Yolun əsas yola birləşən hissəsində yalnız sola dönmə nişanı çəkildiyindən, düzünə hərəkət edən sürücülərə yol polisi əməkdaşları tərəfindən cərimə tətbiq olunur.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, normativlərə nəzərən sözgüdən ərazidəki yol nişanı düzgün deyil.
Ekspert bildirib ki, həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin böyük bir hissəsi sola dönmədiyindən ərazidəki yol nişanı dəyişdirilməlidir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər