Xəbər lenti

Bakının bu hissələrində su kəsiləcək
Ölkə 20:12 30.11.2023

Bakının bu hissələrində su kəsiləcək

Bakının Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Qaynarinfo-ya Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Məhdudiyyətlər su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar noyabrın 30-u saat 20:00-dan dekabrın 1-i səhər saatlarına qədər olacaq.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->