Xəbər lenti

Bakının ən böyük dairəsində təmir işlərinə başlanıldı
Ölkə19:37 21.11.2024

Bakının ən böyük dairəsində təmir işlərinə başlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan Ukrayna dairəsində təmir işlərinə başlanılıb.

Qaynarinfo xəbər verir ki, təmir nəticəsində burada tam yeni dairəvi hərəkət sxemi təşkil olunacaq.

Turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, mübahisəli nöqtələr minimuma endiriləcək və təhlükəsizlik təmin olunacaq. Bundan başqa, dairənin hərəkəti buraxma qabiliyyəti artırılacaq.