Xəbər lenti

"Slaviya Praqa"nın baş məşqçisi: "İki ciddi və mənasız səhv etdik"
İdman23:24 13.10.2026

"Slaviya Praqa"nın baş məşqçisi: "İki ciddi və mənasız səhv etdik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Biz oyunla bağlı yanıldıq və buna görə də ciddi səhvlərə yol verdik".

Oxu.Az xəbər verir ki, bunu Çexiyanın "Slaviya Praqa" klubunun baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"la keçirdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, birinci hissə heç-heçə başa çatsa da, komandası ümumilikdə zəif çıxış edib:

"Məğlubiyyətimizin səbəbləri çoxdur. Məncə, bu qədər səhvə yol verməməli idik. İki ciddi və mənasız səhv etdik. Hər iki qolun əvəzini çıxmaq üçün şanslarımız var idi. Lakin komandamız zəif çıxış etdi və hücumları tamamlaya bilmədi. Rəqibin təzyiqi ilə üzləşdik və bunun nəticəsində çoxlu top itkisinə yol verdik. Rəqib xüsusilə ikinci hissədə çox yaxşı oynadı və nəticədə qələbə qazandı".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən "Sabah" - "Slaviya Praqa" matçı Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.