Xəbər lenti

Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaq
Ölkə22:35 13.10.2026

Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

“Binəqədi RETSİ-nə daxil olan 9-cu mikrorayon Mir Cəlal küçəsinin bəzi ərazilərində 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, - deyə məlumatda qeyd edilib.