Xəbər lenti

“Sabah”ın hücumçusu matçın oyunçusu seçildi
İdman23:09 13.10.2026

“Sabah”ın hücumçusu matçın oyunçusu seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Sabah" və Çexiyanın "Slaviya Praqa" komandası arasında II tur matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu ada Azərbaycan çempionunun hücumçusu Coy-Lens Mikels layiq görülüb. Almaniyalı forvard görüşdə sonuncu qolun müəllifi olub.

Qeyd edək ki, qarşılaşma "Sabah"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu Kahim Perris vurub.