Xəbər lenti

“Bank of Baku” kredit ödənişləri üzrə tarifləri artırdı
Ekonomiks 15:34 10.03.2025

“Bank of Baku” kredit ödənişləri üzrə tarifləri artırdı

"Bank of Baku” kredit kartları üzrə komissiya haqqını artırır. 

Valyuta.az xəbər verir ki, bank aprelin 7-dən etibarən kənar terminal, sayt və tətbiqlərdə 500 AZN-dək ödənişlərə 1% (min. 1 AZN) komissiya tətbiq edəcək. 500 AZN və daha çox məbləğdə ödənişlərə isə 5 AZN komissiya tutulacaq. Bundan əvvəl isə, bank ödəniş məbləği 300 manatadək kredit ödənişlərinə 1 AZN, 300 manat və çox olduqda isə 2 AZN komissiya müəyyən etmişdi. 

Bank qeyd edib ki, müştərilər ödənişləri "Bank of Baku” terminalı və Dostbank-da komissiyasız həyata keçirilə bilər. 

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i "NAB Holdinq"ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->