Bank Respublika müştəriləri rəqəmsal risklərə qarşı diqqətli olmağa çağırır
Bank Respublika, hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq
Təhlükəsiz İnternet Günü münasibətilə müştərilərini rəqəmsal mühitdə artan
fırıldaqçılıq (fraud) risklərinə qarşı diqqətli olmağa çağırır. Qeyd edək ki,
Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildən Avropa Komissiyasının
"Təhlükəsiz internet” proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi tərəfindən təşkil
olunur və əsas məqsədi istifadəçilərin onlayn təhlükəsizlik barədə
maarifləndirilməsidir.
Rəqəmsal bank xidmətlərindən istifadənin
genişlənməsi fonunda fırıldaqçılıq üsulları da daha hədəfli, daha inandırıcı və
daha sürətli xarakter alır. Bank Respublikamüştərilərinin maliyyə təhlükəsizliyinin qorunmasını prioritet hesab edərək,
son dövrlərdə ən çox rast gəlinən risklər və onlardan qorunma yolları barədə
maarifləndirici məlumatları diqqətə çatdırır.
Hazırda vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
aşağıdakılardır:
·Saxta e-mail və SMS-lər vasitəsilə kart və hesab
məlumatlarının ələ keçirilməsi (phishing, smishing);
·Bank əməkdaşı adı ilə edilən telefon zəngləri
(vishing);
·Saxta onlayn mağazalar və həddindən artıq ucuz alış
təklifləri;
·Sosial şəbəkələrdə tanışların adından göndərilən
"təcili pul” mesajları;
·Saxta QR-kodlar və kampaniya elanları;
·İş təklifi, investisiya və ya bonus adı
altında kart məlumatlarının tələb olunması;
·Mobil nömrənin ələ keçirilməsi (SIM-swap) və
saxta mobil tətbiqlər.
Bank
Respublika müştərilərə aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi
tövsiyə edir:
·Bank kartının PIN, CVV və
OTP kodlarını heç bir halda paylaşmamaq;
·SMS və e-maillərdəki naməlum və şübhəli
keçidlərə daxil olmamaq;
·Tələsdirən və qorxuducu zəng və mesajlara
emosional reaksiya verməmək;
·Pul köçürməzdən əvvəl məlumatı bankın rəsmi əlaqə kanalları vasitəsilə yoxlamaq;
·Mobil tətbiqləri yalnız rəsmi tətbiq
mağazalarından yükləmək;
·"Zəmanətli
qazanc” vədi verilən təkliflərə ehtiyatla yanaşmaq.
Bank Respublika heç bir
halda müştərilərindən telefon, SMS, e-mail və ya sosial şəbəkələr vasitəsilə
kartın məxfi məlumatlarını tələb etmir. Şübhəli vəziyyətlə qarşılaşdıqda əməliyyatı
dərhal dayandırmaq və bankın rəsmi əlaqə kanalları ilə əlaqə saxlamaq tövsiyə
olunur.
📌 Daha
ətraflı məlumat üçün:
🌐 Veb
sayt: www.bankrespublika.az
📱 Sosial
şəbəkələr: 🔵 Facebook | 📸Instagram | 🔗LinkedIn | 📨 Telegram
📞 Çağrı
Mərkəzi: 144
Şərhlər