Xəbər lenti

Sənət 14:42 14.09.2023

"Barbi" Oskara namizəd oldu

"Warner Bros." Qreta Qerviqin "Barbi" filmini Oskar mükafatına namizəd kimi göstərəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

"Barbi" filmi Ən Yaxşı Orijinal Ssenari Mükafatına namizəd olacaq. 

Qreta Qerviq Nuh Baumbaxla birlikdə kukla dünyasından daxili böhran yaşayan Barbi kuklasının (Margot Robbie) qaçmasından bəhs edən filmin ssenarisini yazıb. Film hazırda dünya üzrə 1,4 milyard dollardan çox gəlir əldə edib.

Bundan əlavə, film digər nominasiyalarda da namizəd olacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->