Xəbər lenti

İdman 16:16 22.12.2023

"Barselona" Çempionlar Liqasından kənarlaşdırıla bilər

"Barselona" maliyyə hesabatları ilə bağlı problemlərə görə 2024/25 mövsümündən başlayaraq 3 mövsüm Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Qaynarifno bu barədə "Welt"ə istinadən xəbər verir.

Mümkün sanksiyalara səbəb UEFA-nın maliyyə reqlamentinin pozulmasıdır ki, klublar xərclərini müvafiq gəlirlə kompensasiya etməlidir.

2023-cü ilin sentyabr ayının sonunda "Barselona" 304 milyon avro xalis mənfəət əldə etdiyini açıqlayıb. Klub həmçinin ümumi borcun 552 milyon avroya qədər azaldığını göstərib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->