Xəbər lenti

Bayden Kiyevə tanklarla bağlı cavab əvəzinə,
Dünya 14:54 21.01.2023

Bayden Kiyevə tanklarla bağlı cavab əvəzinə, "bütün lazımi yardım"ı vəd etdi

"Ukrayna lazım olan bütün yardımı alacaq".

Qaynarinfo "Rosbalt"a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Polşanın Almaniya və digər Qərb ölkələrinə "Leopard” tanklarını Ukraynaya köçürmək çağırışını dəstəkləyib-dəstəkləməməsi ilə bağlı suala cavab olaraq deyib.

Polşa Radiosunun Ağ Evin mətbuat fondunda olan müxbiri Marek Ualkuskinin sosial mediada verdiyi məlumata görə, Bayden Kiyevin "lazım olan bütün yardımı alacağını” vurğulayıb.

Xatırladaq ki, ABŞ bu ərəfədə Ukraynaya yeni hərbi yardım paketi elan edib. Pentaqonun rəhbəri Lloyd Ostinin sözlərinə görə, bura NASAMS zenit-raket kompleksləri, səkkiz Avenger hava hücumundan müdafiə sistemi, 59 Bradley piyada döyüş maşını, həmçinin Stryker və MRAP zirehli personal daşıyıcıları, 350 Humvee zirehli texnikası və sursat daxildir. Bundan əlavə, Avropa ölkələri də Kiyevə öz yardımlarını göstərəcəklərinə söz veriblər. İsveç piyadaların döyüş maşınlarını və Archer haubitsalarını, Danimarka - 19 haubitsa, Latviya - Stinger sistemləri, helikopterlər və digər silahları, Estoniya - 155 mm-lik haubitsaları təhvil verəcək.

Eyni zamanda, ABŞ və Almaniya Kiyevə tankların göndərilməsi məsələsində hələ də razılığa gələ bilməyiblər, - CNN mənbələrə istinadən xəbər verir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->