Xəbər lenti

Bayden Szinpinin G20 Sammitində iştirak etməyəcəyindən məyus olduğunu dedi
Dünya 15:17 04.09.2023

Bayden Szinpinin G20 Sammitində iştirak etməyəcəyindən məyus olduğunu dedi

ABŞ prezidenti Co Bayden Yeni Dehlidə keçirilən G20 sammitində Çin sədri Si Szinpinin iştirak edə bilməyəcəyinə münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

"Məyus oldum... amma mən onu (Xi Jinping - red.) görməyə hazırlaşıram", - Bayden mümkün görüşün təfərrüatlarını açıqlamayıb.

Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Amerika liderinin Çin prezidenti ilə görüşmək istəyini açıqlamışdı.

Bu arada, keçən həftə Çinin Baş nazir Li Qianqı Yeni Dehliyə nümayəndəsi kimi göndərə biləcəyi və Si SZinpinin "Hindistanla rəqabət" səbəbindən zirvəyə gəlməyəcəyi barədə məlumat yayılıb.

NBC xəbər verir ki, Si Szinpin və Bayden noyabrda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində danışıqlar apara bilərlər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->