Belarusda
etiraz aksiyalarını işıqlandırmaq üçün əsas informasiya platformasına çevrilən
NEXTA Telegram kanalının baş redaktoru Roman Protaseviç vəzifəsindən istefa verdiyini
açıqlayıb.
Qaynarinfo
xəbər verir ki, Protaseviçin sözlərinə görə, o, kanalın yaradıcısı Stepan
Putilo ilə fikir ayrılıqlarına görə layihəni tərk edir. Redaktor qərarın
"kortəbii" olmadığını və uzun müddətdir hazırlandığını da qeyd edib.
Keçmiş
baş redaktor sosial şəbəkələrdə "cihaz ekranlarından" qısa müddətə
ayrıldığını deyib və "daha bir xeyli maraqlı şeylər" vəd edib.
"27
sentyabr bazar günündən bəri artıq NEXTA layihəsi ilə heç bir əlaqəm yoxdur.
Ayrılma qərarı mənim tərəfimdən verilib və kortəbii deyil”, - deyə keçmiş baş
redaktor Twitter-də yazaraq, auditoriyasını "kanalı dəyişməməyə” çağırıb.
Alpər
Şərhlər