Xəbər lenti

Bələdiyyə ilə dövlət qurumu anlaşa bilmədi - Məhkəmə qərar verəcək
Ekonomiks 18:42 17.09.2024

Bələdiyyə ilə dövlət qurumu anlaşa bilmədi - Məhkəmə qərar verəcək

Sumqayıt şəhər Corat bələdiyyəsi ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi arasında torpaq mübahisəsi yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, heç cür razılığa gələ bilməyən tərəflər mübahisəni məhkəmə yolu ilə həll etmək qərarına gəliblər. 

Bu işdə Corat bələdiyyəsi iddiaçı, sözügedən idarə isə cavabdeh qismində çıxış edir. 

Bələdiyyənin iddiasına Sumqayıt İnzibati Məhkəməsində baxılacaq. İş hakim Rahim Həsənovun icraatındadır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->