Xəbər lenti

Bələdiyyə sədri cərimələndi
Ölkə 11:11 01.08.2023

Bələdiyyə sədri cərimələndi

İsmayıllıda bələdiyyə sədri məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Soltankənd kəndi  ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Faktla bağlı rayon polis şöbəsi əməkdaşları tərəfindən ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->