Pakistanın sabiq prezidenti, sui-qəsdlə öldürülən baş nazir Bənazir Buttonun həyat yoldaşı Asif Əli Zərdari həbs edilib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, Zərdari saxta bank hesabı və çirkli pulların yuyulması ittihamına görə saxlanılıb.
Qeyd edək ki, Asif Əli Zərdari 2008-2013-cü illərdə Pakistana rəhbərlik edib, 2018-ci ilin avqustundan bəri parlamentin üzvüdür. O, prezident olmamışdan əvvəl korrupsiya və cinayət ittihamına görə 11 il həbs cəzası alıb.
Gülşən
Şərhlər