Ekonomiks 10:58 01.12.2023

Bəzi qanunvecilik aktlarında dəyişiklik olacaq

Satınalmalarla bağlı köhnə qanunun qüvvədə olduğu 20 il müddətində bu sahədə olan problemlərlə kifayət qədər məşğul ola bildik.

Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda tədbirdə deyib.

Sədr bildirib ki, qanun xof və ya problem üçün deyil, problemin həlli üçündür.

"Əgər hər hansı hüquqi aktın tətbiqində problem varsa və onu həyata keçirmək qurum üçüm problem yaradırsa, bu qanuna yenidən baxılmalıdır", - deyə V.Gülməmmədov deyib.

O qeyd edib ki, Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirir.