Xəbər lenti

Bir ananı öz canına qəsd etməyə nə vadar edir? - Psixoloq
Ölkə 13:30 23.05.2023

Bir ananı öz canına qəsd etməyə nə vadar edir? - Psixoloq

"Bir insan heç vaxt səbəbsiz yerə intihar etməz. Elə insanlar var ki, ağır xəstədirlər. Onlar bir saat artıq yaşamaq üçün mücadilə edir. Ancaq cavan bir insanın həyatına qəsd etməsi hansısa bir problemin olmasından xəbər verir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov ana və uşağının intiharından danışarkən deyib. Psixoloq hesab edir ki, həmin ana dolayısı ilə sabahına inamı olmadığı, işiq görə bilmədiyi üçün bu addımı atıb:
 
"Sabahını görə bilmədiyinə görə, belə insanlar bir formada həyatına qəsd etmək istəyir. Bu intihar da ola bilər, zərərli vərdiş də. Bu xanımın özünə qəsd etməsi hansısa bir problemin olmasına dəlalət edir. Bu, ailədaxili mübahisə də və s. hallar ola bilər”. 

Psixoloqun fikirincə, ananın uşağını özü ilə  götürməsi onun kiməsə etibar edə bilməməsindən xəbər verir:
 
"Ana uşağının da əziyyət çəkəcəyini düşünürək, onu da özü ilə bərabər ölümə götürür. Bilmirik onun həyat yoldaşı var, ya yox, əsas odur ki, əgər varsa, ana ona da etibar eləmir. Bu həm də onu göstərir ki, onun daha çox ailə problemi var. Ana uşağının gələcəkdə əziyyət çəkməsini istəməməsi üçün bu yola əl atıb”. 

Elnur Rüstəmov bildirib ki, bütün intihar hadisələri daha çox ailədaxili problemlərin olduğundan baş verir:
 
"Cəmiyyətdə psixoloji maariflənməni genişləndirməliyik ki, belə hallarda insanlar stress vəziyyətdən çıxa bilsinlər. İntihara cəhd edən insanın təkrar intihar etməsi ehtimalı daha çoxdur. Belə insanlarla reabilitasiya  tədbirləri görülməlidir ki, ikinci dəfə belə addım atmasınlar. Hətta onlar xəstəxanaya yerləşdirilib, müalicə almalıdırlar”. 

Qeyd edək ki, Bakı Bulvarında intihara cəhd hadisəsi olub. Qadın və azyaşlı uşaq dənizə tullanıb. Hadisə nəticəsində uşaq şəhər sakinlərinin, qadın isə FHN-in xilasediciləri köməyi ilə xilas edilib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->