"Hər
şeyi hüquqla, rəsmi olan formatlarla deyil, güc yolu ilə də dəyişmək
mümkündür”.
BunuQaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Rusiya Prezidentinin mətbuat
katibi Dmitri Peskovun "Türkiyənin Dağlıq Qarabağla bağlı danışıqlar masasında
iştirakını Azərbaycanla Ermənistan razılaşdırmalıdır” fikrini şərh edərkən
deyib. Politoloq Peskovun açıqlamasının həqiqətə uyğun olduğunu deyib:
"Yəni,
üzdə olan müəyyən qaydalar və formatlar var ki, Peskov onu nəzərdə tutub deyir.
Amma biz bilirik ki, beynəlxalq münasibətlərdə, xarici siyasətdə güc faktoru
çox önəmlidir. Yəni, Rusiya tərəfi istəsə, Türkiyənin masada oturmasına Ermənistanı
razılaşdıra bilər. Belə olan təqdirdə fikirləşirəm ki, bu proses erməni tərəfinin
istəyindən asılı məsələ deyil. Ümumiyyətlə, Minsk Qrupunun formatını dəyişmək,
yaxud bundan sonra Dağlıq Qarabağ prosesi ilə məşğul olan Minsk Qrupunun yerinə
yeni bir format yaratmaq... Bunu yeri gəlmişkən vaxtiylə Türkiyə prezidenti
Ərdoğan da vurğulayıb ki, bölgə ölkələri, ilk növbədə Rusiya ilə Türkiyə bu
problemin cözülməsində iştirak edə bilər”.
Politoloq
qeyd edib ki, indi müəyyən mənada çıxış yolu Azərbaycana bağlıdır:
"Yəni,
indi Azərbaycan tərəfi deməlidir ki, mən Fransanı istəmirəm. Düşünmürəm ki, Azərbaycan
Rusiyanı istəmədiyini desin, amma "mən Fransanı istəmirəm, onun yerinə başqa
bir ölkə, məsələn, Almaniya, İtaliya olsun” və s. Azərbaycan bunu deyə bilər. Məsələnin
ikinci tərəfi isə odur ki, Qarabağ prosesində bir çox reallıqlar həqiqətən dəyişib.
Demək ki, Minsk Qrupu bu prosesə təsir edə bilir, yaxud bu prosesin həll
olunmasında əsas güc faktorudur və s. bunu da deyə bilmirik. Düşünürəm ki, bu məsələdə
hər şey ABŞ-ın mövqeyindən asılı olacaq. Çünki Rusiya, Fransanın mövqeyi
aydındır. İkisinin də müəyyən aktivliyi var. Amma ABŞ-ın ciddi aktivliyi
yoxdur. Mən şəxsən bunu görmürəm. ABŞ bir ay müddətində bu münaqişəyə susub,
sanki gözləmə mövqeyindədir. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu bizim
maraqlarımıza uyğun olan davranışdır. Düzdür, bizə açıq dəstək verməyiblər.
Amma dəstək verməsə də, ən azı bizə qarşı hərəkət etməyib. Düşünürəm ki, bu,
Fransa və Rusiyanın Minsk Qrupu çərçivəsində əl-qolunu bağlayan faktdır. Çox
adam bunu demir. Bu reallıqdır. Məsələ təkcə ABŞ-da hazırda gedən seçki kampaniyası,
Trampın, Dövlət Departamentinin başının seçkiyə qarışmasında və s. deyil,
burada siyasi səbəblər də var. Azərbaycan da bundan öz xeyrinə istifadə edir.
Bu baxımdan düşünürəm ki, Minsk Qrupunun prosesə müdaxilə etmək üçün əl-qolu
bağlıdır”.
Azər
Qasımlınin fikirincə, Azərbaycan iqtidarı bununla bağlı mövqe bildirməyə tələsmir:
"Biz
çalışmalıyıq ki, Türkiyə bu prosesdə daha çox yer alsın. Amma reallıqları da nəzərə
almaq lazımdır ki, bunu istəməyən güclü ölkələr var”.
Qeyd
edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Dağlıq
Qarabağla bağlı danışıqlar masasında iştirakına münasibət bildirib. "Hər hansı
bir ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakını Azərbaycanla Ermənistan
razılaşdırmalıdır. Burada yalnız iki tərəfin yanaşması vacibdir, münaqişə tərəfləri
- Azərbaycan və Ermənistanı nəzərdə tuturam. Bu və ya digər dövlətin həll
prosesində iştirakına yalnız münaqişə tərəfləri razılıq verə bilər”,- deyə
Peskov qeyd edib.
Bahar
Rüstəmli
Şərhlər