Siyasət 18:26 03.04.2024

Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirdi

Entoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Qaynarinfo xəbər verir ki, dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı Entoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.