Xəbər lenti

Dünya 13:00 25.07.2024

"Böyük biabırçılıq": Tramp Baydenin video mesajına kəskin reaksiya verdi

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp hazırkı prezident Co Baydenin seçki yarışından geri çəkilməklə bağlı çıxışına cavab verib.

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.
Trampın "Truth” sosial şəbəkəsində yazdığı kimi, Baydenin xalqa müraciəti "çox pis” və "güclə anlaşılan” olub.

"Fırıldaqçı Co Bayden və yalançı Kamala Harris Amerika üçün böyük biabırçılıqdır. Heç vaxt belə dövrümüz olmayıb", - Tramp yazıb.
UNİAN-ın xəbərinə görə, ABŞ prezidenti Co Bayden Ağ Evin Oval kabinetindən xalqa müraciət edib. Videomüraciət zamanı o, estafeti "yeni nəslə” ötürərək, seçkilərdən namizədliyini geri götürdüyünü açıqlayıb.

Bayden "dünyadakı ləyaqətinə və liderliyinə" görə özünü ikinci müddətə layiq gördüyünü, lakin "demokratiyanın rifahı üçün" şəxsi ambisiyalarını qurban verməyə qərar verdiyini söyləyib.

Bayden, həmçinin prezidentlik müddətinin sonuna qədər çalışacağını bildirib və səlahiyyət müddətinin son altı ayı üçün əsas prioritetlərini qeyd edib. O , Qəzza zolağında müharibəyə son qoymağa və "Vladimir Putini Ukraynada dayandırmağa" çalışacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->