Bolqarıstanın baş naziri Kiril Petkov Azərbaycana səfər edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu (BNR) məlumat yayıb
Qeyd edilib ki, məqsəd Avropadakı enerji böhranı fonunda əlavə qaz tədarükünü müzakirə etməkdir.
"Yaxın günlərdə Azərbaycana səfər etmək niyyətindəyəm. Azərbaycan Prezidenti İlham Əliyevlə qaz tədarükünün artırılması məsələsinin müzakirəsini davam etdirəcəyik”, - deyə Petkov bildirib.
Şərhlər