Bolqarıstanın beş tanınmış siyasətçisi Rusiyadan gələn təhdidlərə görə Milli Təhlükəsizlik Xidmətindən müdafiə alıb.
Bu barədə Qaynarinfo NOVA-ya istinadən xəbər
verir.
Adları açıqlanmayan siyasətçilərə təhlükə ilə bağlı xəbərdarlıq ötən həftə gəlib.
Mühafizəçilərin ayrılması ilə bağlı qərar Milli Təhlükəsizlik Xidmətinin, əks-kəşfiyyatın rəhbərləri və Daxili İşlər Nazirliyinin baş katibinin daxil olduğu İdarələrarası Komissiyanın iclasında qəbul edilib.
Bolqarıstan Milli Təhlükəsizlik Xidmətindən rəsmi şərh verilməyib.
Xatırladaq ki, iyul ayında "Noname057” qrupunun rusiyalı hakerləri Ukraynaya yardım etdiyi üçün Bolqarıstan parlamentinin saytına hücum ediblər.
Bundan əlavə, Bolqarıstanın paytaxtı Sofiyada Ukraynadakı müharibə ilə bağlı mövqeyinə görə Bolqarıstanın müdafiə naziri Todor Taqarevi öldürməklə hədələməkdə ittiham olunan 39 yaşlı kişi saxlanılıb.
Nizami Bağırov
Şərhlər