Ekonomiks 18:20 20.05.2022

Borc üçün girov qoyulan uşaqlar - Kredit necə yaranıb? (VİDEO)

Müasir dünyada əksəriyyətimizin həyatının bir hissəsinə çevrilən, bəzən isə həyatın kabusu olan kreditlər.

İstehlak kreditləri bu gün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə ən geniş yayılmış maliyyə xidmətidir. Təkcə Avropa əhalisi bir ildə 166 milyard avro kredit götürür.

Bəs kreditlər necə yaranıb? İlk kreditlər zamanı şərtlər nə olub?

İlk kredit borcu Babilistanda və Assuriyada meydana gəlmişdir. Eramızdan əvvəl səkkizinci əsrdə kreditləşmə ilə pulverənlər məşğul olmuşlar. Onlar əhaliyə öz maliyyə dəstəyini təklif edərək, buna görə faiz götürürdülər. Artıq o dövrlərdən başlayaraq, insanların əksəriyyəti "xudu” adlanan bank biletlərdən istifadə edirdi. "Xudu” qiymətli kağızların atası sayılır.

Rəsmi olaraq kreditləşmə ilə məşğul olan ilk şirkət Banca Monte dei Paschi di Siena olmuşdur. Bu bank İtaliya ərazisində, 1472-ci ildə təsis edilib.

Kredit haqqında ilk reklam 1730-cu ildə Kristofer Tornton tərəfindən hazırlanıb. O, istehlakçılara mebel almağı və həftəlik ödəniş etməyi təklif edib.

İlk kredit bürosu XIX əsrdə təsis edilmişdir. Bu şirkətin əməkdaşları tacir və müəssisələr haqqında məlumatların toplanması ilə məşğul olurdular. Toplanmış məlumatlar potensial borcalanın loyallığını təsdiq edirdi.

Qədim Yunanıstanda kredti verənlər onlara borclu olan şəxslərin torpaqlarında "hypothéke" yazısını yerləşdirirdilər. Bu isə borcun ödənilməyəcəyi halda torpağın kredit verənin nəzarətinə keçəcəyini bildirir.

Hammurapi qanunlarına görə, babillilər kredit götürərkən övladlarını girov qoya bilərdilər.

Qədim Romada borcunu verməyən şəxs həbs edilirdi və o, bir ayda ərzində məbləğ ödənildiyi halda azad edilə bilərdi.

Dünya banklarının əksəriyyətində arzuolunmaz müştərilər siyahısı var. Bu siyahıya jurnalistlər, hüquqşünaslar, fərdi sahibkarlar, hərbi qulluqçular, hakimlər daxildir.