Xəbər lenti

Dünya 21:06 23.12.2023

Boris Conson Britaniya baş nazirinin pişiyini "quldur" adlandırdı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson hazırkı baş nazir Rişi Sunakın ofisindəki Larri adlı pişiyi "quldur" adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail"in məqaləsində deyilir.

"Mənim fikrimcə, Larri bir az quldurdur", deyə Conson bildirib.

Keçmiş baş nazirin sözlərinə görə, onun iti Dilin bir neçə dəfə Larrinin yanına gedib. Keçmiş baş nazir qeyd edib ki, it pişik üçün nəzərdə tutulan yeməyi yeməyə çalışsa da, ciddi cavab alıb.

"Yazıq it ağır yaralanmışdı. Əslində, Dilin Larridən o qədər qorxurdu ki, Dauninq-strit 10-un dəhlizinə və ya Nazirlər Kabinetinə aparan dəhlizə - onununla qarşılaşa biləcəyi istənilən yerə getməkdən imtina etdi", deyə keçmiş baş nazir bildirib.

Qeyd edək ki, Larri adlı pişik 2011-ci ildə sığınacaqdan götürülüb və hazırda Britaniya baş nazirinin iqamətgahında qalır. O, Dauninq-stritdə beş baş nazir - David Kameron, Tereza Mey, Boris Cohnson, Liz Trass və nəhayət, Rişi Sunakla "çalışıb".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->