Xəbər lenti

Borrel: NATO ABŞ prezidentinin ovqatından asılı olan hərbi ittifaq ola bilməz
Dünya 19:25 12.02.2024

Borrel: NATO ABŞ prezidentinin ovqatından asılı olan hərbi ittifaq ola bilməz

Avropa diplomatiyasının rəhbəri Josep Borrell ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO ilə bağlı bəyanatlarının ritorikasını pisləyib. Keçən həftə Tramp demişdi ki, president olandan sonra, NATO müttəfiqləri alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsələr, Rusiyanın mümkün hücumu halında onlara kömək etməkdən imtina edə bilər.

Qaynarinfo bu barədə RBC-ya istinadla xəbər verir.

"Gəlin ciddi olaq. - Borrel Aİ nazirlərinin Brüsseldə keçirilən görüşündə deyib. - NATO işi ABŞ prezidentinin konkret günlərdəki əhval-ruhiyyəsindən asılı olan hərbi ittifaq ola bilməz” . O, blokun "a la carte prinsipi” üzərində işləyə bilməyəcəyini” vurğulayıb.

NATO ölkələri 2006-cı ildə ÜDM-in 2%-ni müdafiə investisiyalarına ayırmaq barədə razılığa gəliblər. 2023-cü ilin yayında bu rəqəm minimum kimi müəyyən edilib, o vaxta qədər 11 ittifaq ölkəsi öz öhdəliklərini yerinə yetirə bilib. Polşa ən çox xərcləyib - ÜDM-in 3,90%-i.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->