Macarıstanın baş naziri Viktor Orbana xatırladılıb ki, heç kim onun ölkəsini Avropa İttifaqına üzv olmağa məcbur etmir.
Qaynarinfo "Avropa və dünya” konfransına istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrell deyib.
Borrel qeyd edib ki, Macarıstan hələ sovet dövründən işğal barədə məlumatlıdır.
"Düzünü desəm, Budapeştin sovet tərəfindən işğalı ilə Berlamonda (Avropa Komissiyasının qərargahı-red.) baş verənlər arasında heç bir oxşarlıq görmürəm. Orada bir dənə də tank görməmişəm. Heç kim Macarıstanı Aİ-nin üzvü olmağa məcbur etmir", deyə Borrell bildirib.
Xatırladaq ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban 1956-cı ildə ölkəsində baş vermiş antisovet inqilabının ildönümündə Aİ üzvlüyünü sovet işğalı ilə müqayisə edib. Baş nazir Avropa İttifaqını ölkəsini kimliyindən məhrum etməyə və liberal demokratiya tətbiq etməyə çalışmaqda ittiham edib. Onun fikrincə, macarlar belə bir ideologiyanı rədd edirlər. O, həmçinin Brüsseli SSRİ-nin "pis müasir parodiyası” adlandırıb.
Nizami Bağırov
Şərhlər